Elnur Məmmədov bu məsələni BƏM-in hakimlərinin diqqətinə çatdırıb
Elnur Məmmədov bu məsələni BƏM-in hakimlərinin diqqətinə çatdırıb
09:22 23.04.2024
Gündəm
357
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” iş üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Qaregin Njdenin və onun irqçi ideologiyasının azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmələrdəki rolundan danışıb.
Sherg.az xəbər verir ki, Elnur Məmmədov işğal illərində Ermənistanın Njdenin ideoloji davamçısı olduğunu bəyan edən partiya tərəfindən idarə edildiyini, onun təlimlərinin bu gün də rəsmi səviyyədə yaşadıldığını, müxtəlif erməni faşist qrupları tərəfindən də mənimsədildiyini BƏM-in hakimlərinin diqqətinə çatdırıb.
“İşğal dövründə Ermənistan Ermənistan Respublika Partiyası (ERP) tərəfindən idarə edilib. ERP “Tseğakronizm” ideologiyasının sadiq davamçısıdır və onun əsasını qoyan Qaregin Njdeni ideallaşdırır. ERP hətta bu gün belə Njde “Tsegakronizm” profesiozunun və Milli Birlik Partiyasının ideoloji və siyasi xələfi lduğunu fəxrlə bəyan edir”, - Elnur Məmmədov vurğulayıb.
Nazir müavini qeyd edib ki, ERP-nin ideoloji bazası Njdenin təlimatlarıdır: “Bu təlimatlarda qeyd olunub ki, “güclü və Ari xalq olmaq öz mövcudluğu naminə ölümə məhəl qoymamaq anlamına gəlir” və “Tsegakronizm” irq qanına sitayişi tələb edir və qarışıq evliliklərin əleyhinədir”.
Elnur Məmmədov Njdenin təlimatlarının həmçinin işğalı təşviq etdiyini diqqətə çatdırıb. O, “Tseğakron” ideologiyasından bir neçə sitatı məhkəmənin diqqətinə çatdırıb: “Müasir Ermənistan bizim (ermənilərin) tarixi vətənimizin yalnız 19-da 1 hissəsini əhatə edir… Mən “Tseğakron”am və mən öz irqimin düşmənini, Türkləri məğlub etməliyəm”, - sitatda qeyd olunub.
Elnur Məmmədov onu da qeyd edib ki, Njde bu gün də Ermənistanda milli qəhrəman olaraq qalır. Qeyd edib ki, onun şərəfinə hazırlanmış abidələrdən birinin açılışını 2016-cı ildə Ermənistan Prezidenti edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi