Ərdoğan Pezeşkianla danışdı: Türkiyə danışıqlara dəstəyini davam etdirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan İran Prezidenti Masoud Pezeshkian ilə telefon danışığı aparıb.

Dialoq zamanı Türkiyə-İran ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan bölgədə davam edən münaqişələr səbəbindən Qurban bayramının kədərli ab-havada qarşılandığını bildirib və İran xalqının bu çətin dövrü geridə qoyacağına inandığını vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, Ankara bölgədə sülh və sabitliyin təmin olunması üçün dost və qardaş ölkələrlə əməkdaşlığı davam etdirir. O, aparılan danışıqların müsbət nəticələnməsi üçün Türkiyənin hər cür dəstəyi verməyə hazır olduğunu ifadə edib.

Ərdoğan telefon danışığı zamanı Pezeşkianı Qurban bayramı münasibətilə də təbrik edib.