Erkən nişanlanmaya görə 5000 manat cərimə real deyil - SOSİOLOQ
Yusif Nəzərli
10:54 31.12.2023
Gündəm
716
Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması müzakirələrə səbəb olub.
Müvafiq görüntülər “Təsir dairəsi” verilişində yayımlanıb.
Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişi nişanlanıb.
Cütlük arasında 20 yaş fərqinin olması, qızın hələ yeniyetmə çağına yeni daxil olması kəskin reaksiyalara səbəb olub. Lakin ortada qanunazidd bir hal əks olunmadığı üçün ictimaiyyətin, o cümlədən müvafiq qurumların ailəyə təsir imkanları məhduddur. Belə ki, qanunvericilikdə yetkinlik yaşına çatmayanların evləndirilməsi qadağandır.
Yetkinlik yaşına çatmayanların nişanlandırılması ilə bağlı isə qanunvericilikdə hər hansı qadağa yoxdur.
Yeniyetməlik çağında olan şəxsin nişanlanması sağlam yanaşma deyil.
Ekspertlər isə hesab edir ki, erkən nişanlama edən tərəflər hərəsi 5000 manat cərimələnsin.
Daha sonra isə nəzarət olsun ki gizlicə öz bildiklərini etmək istəyəndə həbs olunsunlar, başqa əlac yoxdur.
Millət vəkili, deputat Razi Nurullayev hesab edir ki, qanunverciliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilməlidir: “Nişanlanmamın özünün də evlənmə ilə eyniləşdirilməsi lazımdı. Qız uşağının ancaq həddi-büluğa çatandan sonra, qanunvericiliyin evlənməyə icazə verdiyi andan nişanlanmasına icazə verilə bilər. Hazırda Azərbaycanın adət-ənənəsi var, kimlərsə sözləşir, bir-birinə razılıq verirlər. Bunun rəsmi olaraq nişanlanılması, barmağına üzük taxılması eynilə evləndirilməyə bərabər tutulub cəzalandırılmalıdır. Oğlanla qız nişanlanarkən özlərini bir-birinə məhrəm kimi, sahib kimi aparacaqlar. Mən bunu həm ata, həm millət vəkili, həm də partiya sədri kimi doğru qəbul etmirəm. Məncə bu, qanunvericilikdə olan boşluqdur. Qanunvericiliyə dəyişiklik edilməli, bu boşluq aradan qaldırılmalıdır”
Sosioloq Lalə Mehralı da "Sherg.az"a açıqlamasında deyib ki, qanunvericilikdə erkən nikahın qarşısının alınması məsələsi olsa da, erkən nişan məsələsi yoxdur:
"Bu sahədə ciddi boşluq var. Bu gün valideynlər hansı yaşda olsa övladlarını nişanlaya bilər və nişanlayırlar da. Halbuki erkən nişanın erkən nikahdan heç bir fərqi yoxdur".
Əvvəllər "göbəkkəsdi" ənənəsinin geniş yayıldığını xatırladan sosioloq deyib ki, uşaqlar böyüyüb həddi buluğa, evlilik yaşına çatanda toy edirdilər: "Amma indi vəziyyət başqadır. 12 yaşda nişanlanan qızın 18 yaşına kimi gözləyib-gözləməyəcəklərini bilmirik. Ailə qurmaq, nişanlanmaq üçün yeniyetməlikdən çıxıb yetkin olmaq lazımdır, burada fərd anlayışı olmalıdır, həyatda nəyi necə etmək lazım gəldiyi bilinməlidir. Sözsüz ki, yeniyetmə nişanlanırsa, onun gələcəyi əlindən alınır.
Amma ortada erkən nikah faktoru olmadığı üçün də həmin uşağın valideynlərini məsuliyyətə cəlb etmək də düzgün deyil".
5000 manat cərimə təklifinə gəldikdə isə L.Mehralı deyib ki övladını erkən nikaha cəlb edən valideynlərə kəsilən cərimə 2-4 min arasındadır: " Göründüyü kimi 18 yaşı tamam olmamış qız uşaqlarını ərə verən valideynlər xırda bir məbləğ ödəməklə canlarını qurtarırlar. Bu situasiyada nişanlanmaya görə valideynlərin 5000 manat cərimə edilməsi ehtimalı çox azdır.
Erkən nişanlanmayla bağlı qanunvericilikdə xüsusi maddə olmadığı üçün aidiyyatı komitə sadəcə maarifləndirmə tədbirləri ilə kifayətlənir. Fikrimcə qanuna əlavə və dəyişikliklər etmək lazımdır. Əks halda bu cür problemlərin qarşısını almaq, sayını azaltmaq mümkün görünmür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət