Ermənistan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin açılmasını gözləyir

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, ölkəsi 2030-cu ilədək Türkiyə və Azərbaycanla sərhədlərin açılacağını və nəqliyyat kommunikasiyalarının bərpa olunacağını gözləyir.

Sherg.az xəbər verir ki, Kostanyan Brüsseldə keçirilən Avropa İttifaqının “Nəqliyyat əlaqələri gündəliyi platforması” çərçivəsində çıxış edərək qeyd edib ki, Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılması regionu Avropa və Mərkəzi Asiya arasında mühüm tranzit mərkəzinə çevirə bilər.

Kostanyanın sözlərinə görə, Ermənistan regional layihələrdə iştirak etməyə hazırdır və həm Türkiyə, həm də Azərbaycanla iqtisadi əlaqələrin bərpası regionda sabitliyə töhfə verəcək.

O həmçinin bildirib ki, sərhədlərin açılması 2030-cu ildən əvvəl də mümkün ola bilər və tərəflər arasında bu istiqamətdə müəyyən razılaşmalar və texniki müzakirələr davam edir.