
Ermənistan ciddi şəkildə silahlanır - ŞƏRH
11:54 17.02.2024
Gündəm
601
Silahlanma prosesinin gedişində haradasa bir partlama olmalıydı “Növbəti dəfə təxribatlar olarsa, bunların nəyə hesablandığını daha dəqiq görəcəyik”
Ermənistan tərəfi yenidən atəşkəsi pozub. Müdafiə Nazirliyindən bildirilib ki, fevralın 16-da Ermənistan silahlı qüvvələri Daşkəsən rayonu istiqamətindəki mövqelərimizi iriçaplı silahlardan atəşə tutublar. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Xatırladaq ki, Ermənistan tərəfi fevralın 12-dən etibarən şərti sərhədlərdə hər gün təxribata əl atmaqdadır. Ümumiyyətlə, son aylarda Ermənistanın silahlanması, İrəvan hökumətinin ittihamedici açıqlamaları fonunda təxribat cəhdləri proqnozlaşdırılırdı. Azərbaycan tərəfi Ermənistana sərt xəbərdarlıq edərək yarana biləcək qarşıdurmada bütün məsuliyyətin İrəvan hökumətinin üzərində olacağını bildirib.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, uzun müddətdir Ermənistan dövlətinin ciddi şəkildə silahlandığını görürdük. Ekspertin fikrincə, nə qədər fərqli izahlar verməyə çalışsalar da, silahların tərkibinə baxdıqda bəlli olur ki, bu addımlar erməni ordusunun zəif nöqtələrini tamamlamağa hesablanıb:

"Radioelektron mübarizə sistemləri, antidron və habubitsa reaktiv atəş sistemləri, zirehli transportyorlar və s. texnikalar göstərir ki, Ermənistan ciddi şəkildə silahlanır. Əlbəttə, silahlanma prosesinin gedişində haradasa bir partlama olmalıydı. Qafan bölgəsi insidentlərin ən çox yaşandığı nöqtələrindən biridir. Həm də həmin bölgə ilə bağlı siyasi mübarizə də gedir. Faktiki olaraq bir neçə ölkə həmin ərazidə konsulluq açıb və ya açmaq istəyir, hərbi atteşelər təyin etdilər. Bu yaxınlarda fransalı general da ora səfər etmişdi. Məhz həmin ərazidə çexiyalı casus tutuldu. Avropa İttifaqının "mülki missiyası", Fransa jandarmı da oradadır. Fransanın kəşfiyyat şəbəkəsi vaxtaşırı bölgəyə gəlir, binoklla Azərbaycan mövqelərini seyr edirdilər. Ən əsası da odur ki, Nikol Paşinyanın ritorikası dəyişib. İki-üç gün əvvələ kimi sülh sazişindən, danışıqlardan, anlaşmalardan danışan Paşinyan artıq tamam başqa mövzulardan, müharibədən dəm vurur. Gündəmə gətirdiyi məqamlardan da aydın olur ki, baş nazir sülh barədə düşünmür. Həm də bilindi ki, erməni baş nazir indiki məqamda anklav kəndlərin də Azərbaycana qaytarılmasını istəmir".
Analitik diqqətə çatdırıb ki, hazırda Ermənistanda monolit hökumət yoxdur: "Ya Paşinyan hakimiyyəti özü də sülh prosesini ləngitmək istəyir, ya da İrəvanın himayədarları bölgədə vəziyyətin gərgin qalmasında maraqlıdır. Zəngəzur dəhlizi və Azərbaycanın enerji layihələri Rusiya və İran da daxil olmaqla bir çox dövləti narahat etməkdədir. Son günlərdə baş verən təxribatların arxasında revanşist "Qarabağ klanı" da dayana bilər. Ancaq istənilən halda bütün məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür. Növbəti dəfə təxribatlar olarsa, bunların nəyə hesablandığını daha dəqiq görəcəyik. Lakin Paşinyan belə mövqe sərgiləməyə davam edərsə, Azərbaycan tərəfi İrəvanı cəzalandıra bilər. Qisas əməliyyatı da göstərdi ki, ermənilərin bütün oxşar təxribatlarına artıqlaması ilə cavab verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil