Ermənistan hökuməti 2031-ci ilə qədər proqramı təsdiqlədi

Ermənistan hökuməti 2026–2031-ci illəri əhatə edən proqramı təsdiqləyib. Sənəddə Azərbaycanla sülh müqaviləsinin rəsmiləşdirilməsi, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədin açılması nəzərdə tutulur.

Sherg.az xəbər verir ki, proqramda Aİ və ABŞ-la strateji tərəfdaşlığın dərinləşdirilməsi, İranla enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi də planlaşdırılır.

Rusiya ilə münasibətlərin isə yeni regional şəraitə uyğun olaraq yenidən qurulması və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Sənəddə həmçinin ordu, ərzaq təhlükəsizliyi və Ermənistan Apostol Kilsəsi ilə bağlı tədbirlər yer alıb.