Əsir mübadiləsi başlayır: hadisə yerindən foto – TƏCİLİ

Hazırda Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində əsirlərin mübadiləsi prosesi başlayıb. 
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Az sonra iki ölkənin nümayəndələrinin sözügedən əraziyə gələcəyi qeyd edilib.
Xatırladaq ki, Azərbaycan 32 erməni hərbçisini, Ermənistan  isə öz növbəsində 2 azərbaycanlı hərbçini azad edəcəyi ilə bağlı razılıq əldə olunub.