
Fazil Mustafa: Beynəlxalq Ədalət Məhkəməsi obyektiv qərar verir
13:22 20.11.2023
Gündəm
826
“Ermənistanın bundan sonrakı iddiaları da əsassızdır. Erməni hüquqi sənədlərinin hamısı içi boşdur”
Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-ni rədd edib. Məhkəmə Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiqləyib. Həmçinin, Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini rədd edib.

BƏM Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul etdiyini açıqlayıb. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir. Məhkəmə Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfəri və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq barədə iddiasına əhəmiyyət verməyib. Bununla da, beynəlxalq təşkilatların bölgəyə girişi ilə bağlı ölkəmizə qarşı bütün iddiaları mahiyyətcə əsassız edib. Məhkəmənin Azərbaycan tərəfindən mədəniyyət abidələrinin və artefaktlar ilə bağlı Ermənistanın iddialarını rədd etməsi Azərbaycanın həyata keçirdiyi müsbət tədbirlərin təsdiqidir. Eyni zamanda məhkəmə müvafiq ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib.
Millət vəkili Fazil Mustafa "Sherg.az"a deyib ki, Beynəlxalq Ədalət Məhkəməsində oturan hakimlərin məsələyə yanaşması önəmlidir. Deputatın sözlərinə görə, BƏM hakimlərinin əksəriyyəti real faktlara dayanaraq qərarlar qəbul edirlər:
"Təbii ki, zaman-zaman hansısa formada siyasi tapşırıq, yaxud təzyiqlərin olması mümkündür. Amma bunu açıq şəkildə etmirlər. Reallıq odur ki, bölgədə gedən proseslərlə bağlı qərar qəbul etmək, yəni qeyri-obyektiv yanaşma sərgiləmək elə də asan məsələ deyil. Çünki elə olarsa, hakimin reputasiyasına ciddi ziyan dəyər. Faktiki olaraq Ermənistan tərəfinin BƏM-də qaldırdığı iddiaların ciddi əsasları yoxdur. İddia varsa, real faktı əks etdirməlidir. Ancaq ortada heç bir fakt yoxdur. O baxımdan Məhkəmə obyektiv qərar verir. Ermənistanın bundan sonrakı iddiaları da əsassızdır. Erməni hüquqi sənədlərinin hamısı içi boşdur. ABŞ və ayrı-ayrı dövlətlər ermənilərə dəstək verməklə, onları həvəsləndirməklə bu yola sövq edirlər. Elə problemlər də buradan qaynaqlanır. Bu məsələləri hansısa formada diktə etmək mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm