“For Azerbaijan” daha bir yeniliyə imza atıb
11:01 04.12.2023
Gündəm
695
“Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsinin Peşəkar təcrübənin artırılması komponenti üzrə təlim və sertifikatlaşma prosesləri tamamlanıb.
“Sherg.az” xəbər verir ki, bu layihə dünyanın müxtəlif ölkələrində uğurlu karyera quran azərbaycanlılar tərəfindən təsis edilib. Həmçinin Azərbaycanda qeydiyyatdan keçən “For Azerbaijan” Beynəlxalq təşkilatı ilə Paşa Sığorta birgə həyata keçirib.
Layihə yeni reabilitasiya metodlarının tətbiqi ilə Azərbaycanda psixoloji reabilitasiya proseslərinin gücləndirilməsinə dəstək vermək, eyni zamanda emosional və psixoloji travmaya məruz qalmış insanların psixi sağlamlıqlarının reabilitasiyası istiqamətində daha effektli inkişafa nail olmaq üçün dünyada aparıcı müalicə metodları və protokolları ilə çalışa biləcək yerli kadr potensialının artırılmasına yönəlib.
Layihə çərçivəsində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyinın nəzdində respublikamızın müxtəlif bölgələrində fəaliyyəliyyət göstərən tibb müəssisələrinin 40 yerli psixoloq 7 ay müddətində ABŞ-da Post Travmatik Stress Pozuntusunun müalicəsində geniş istifadə olunan “Koqnitiv İşlənmə Terapiyası” və “Yazılı Ekspozisiya Terapiyası” kimi 2 mühüm müalicə metodunun tam təlim və superviziya kursunu bitirərək Azərbaycanda ilk dəfə olaraq beynəlxalq sertifikatlara layiq görülüblər. Azərbaycanlı mütəxəsisslər barədə məlumatlar dünyada bu sahədə lisenziya almış psixoloqların da daxil olduğu rəsmi portalında ictimailəşdirilib.
Növbəti mərhələdə təlimlərdə fərqlənmiş 2 psixoloq amerikalı mütəxəsislər tərəfindən seçilərək beynəlxalq səviyyəli təlimçi qismində hazırlanacaq.
Qeyd edək ki, təlimlər çərçivəsində Koqnitiv İşlənmə Terapiyasının yaradıcısı, Virginia, Cincinnati Tibb Mərkəzindəki travma Bərpa Mərkəzinin direktoru Kathleen M. Chard, Cohen müharibə veteranlarş şəbəkəsinin baş direktoru Stephanie Renno, PTSP Milli Mərkəzin direktor müaviniv Denise M. Sloan və digər dünya şöhrətli mütəxəsisslərin həftəlik superviziyaları təşkil olunub.
APRİA layihəsinin informasiya tərəfdaşı APA Holdinqdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya