“Haber Global”da Fransanın dağıdıcı siyasətindən danışıldı
17:41 02.02.2024
Gündəm
414
Türkiyənin “Haber Global” telekanalında Fransanın regionda dağıdıcı siyasət həyata keçirmək planı, eləcə də Ermənistanı silahlandırma siyasəti müzakirə olunub.
"Report" xəbər verir ki, müzakirələrdə Prezident İlham Əliyevin fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən səsləndirdiyi fikirlərdən sitat gətirilib.
Bildirilib ki, 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi heç bir həllə nail ola bilməyən Fransa bu dəfə də regionda savaş çıxarmağa çalışır.
Verilişdə, həmçinin Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasını qeyri-müəyyən müddətə tərk etməsi məsələsinə də toxunulub. Bundan başqa, korsikalıların müstəqillik tələblərindən bəhs edilib.
Xatırladaq ki, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə