"Hamiləliyi süni şəkildə pozan dərmanların apteklərdə satışı qadağan edilməlidir" - Ginekoloq
14:23 03.03.2020
Gündəm
5853
“Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.
Sənəddə “Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin Siyahısı”nın tətbiqinə nəzarətin gücləndirilməsi, doğulanlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri və abortların reproduktiv sağlamlığa zərəri haqqında maarifləndirmə işinin aparılması nəzərdə tutulur.
Yeni təsdiq edilən Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır.
Məlumdur ki, əksər hamilə qadınların “ən ümdə” işi həkimə gedib dölün cinsini müəyyənləşdirmək olur. Bu hal əsasən, ikinci və təəssüf ki, artıq nadir hallarda üçüncü körpə (üçuşaqlı ailələr “nadirlər” sırasındadır) dünyaya gəlməyə hazırlaşanda yaşanır. Əgər ailədə birinci oğlan uşağı doğulubsa, ikinciyə o qədər də ömən verilmir. Hərçənd “ancaq oğlan lazımdı” ultimatumu qoyulan ailələr də tapılır. Dölün cinsinin müəyyənləşməsi halları birinci övlad qız uşağı olanda daha da artır. İkinci qız “arzuolunmazdır”!. Üçdən, dörddən heç danışmağa dəyməz. Belə haıllarda əlbəttə ki, hamilə qadınlar USM aparatının girovuna çevrilir. Demoqrafik problemlər də belə yaranır. Təsdiqlənən “Tədbirlər Planı” hamilələyin süni pozulması və dölün cinsinin əvvəlcədən müəyyənləşdirilməsinin qarşısını alacaqmı?
Ginekoloq Fəxranə Hüseynzadə “Şərq”ə açıqlamasında Azərbaycanda hamiləliyin süni şəkildə dayandırılması – abortlara rəsmi qadağanın olmadığını bildirdi:
- Qardaş Türkiyədə abortlar qanunla rəsmən qadağan edilib. Dövlət xəstəxanalarında buna rast gəlmək mümkün deyil. Qanun qəbul olunduqdan sonra özəllərdə də bu hallar xeyli azalıb. Abortların gizli şəkildə edilməsi istisna deyil, amma qanun qüvvəyə minəndən abort sayında xeyli azalma var. Bizdə də belə bir qanun qəbul olunmalıdır. Abortlar qanunla qadağan edilməlidir. Birinci şərt budur. Yoxsa hansısa qəraralrın, tədbirlərin əhəmiyyətli təsiri olmayacaq. İkinci şərt, hamiləliyi süni şəkildə pozan, dölü məhv edən dərman preparatlarının apteklərdə satışı qadağan edilməlidir. Qadınlar bu dərmanları yaxşı tanıyır və alıb istifadə edirlər. Halbuki bu çox risqlidir. Qadınlarda qanaxmaya səbəb ola bilir, sağlamlığa da ciddi zərər verir.
F.Hüseynzadə qanunun qəbulu ilə yanaşı maarifləndirmə işlərinin aparılmasını da vacib sayır:
- Üçüncü şərt isə, təbii ki, maarifləndirmə işlərinin aparılmasıdır. Qafın məsləhətxanaları bəs nə üçündür? Orada çalışan həkimlər xanımlara məsləhət verməli, doğru yol göstərməlidir. Xanımlarımız birdəfəlik anlasın ki, övladın cinsini “planlamaq” deyə bir şey yoxdur. Kimlərsə nə vaxtsa “cədvəllər”, “Çin təqvimi” ortaya atıb, bunlar hamısı yalandır. Tibb elmi bu cür yanaşmaları inkar edir. Övladın cinsi birbaşa və yalnız kişidən asılıdır. Bunu bizim bəzi kişilərimiz anlayıb qəbul etsə, qadınların əzab-əziyyətləri azalar.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə