
Hər şey incələnib! - “Qaraheybət faciəsinin “qara qutu"sudan qara xəbərlər...
Yusif Nəzərli
16:04 20.12.2021
Gündəm
793
Üzeyir Cəfərov:“İstintaq qrupunun rəhbəri Sənan Paşayev dedi ki, əgər helikopter hava axınına qarşı olsaydı, faciə baş verməzdi. Helikopterin “bort” məlumatlarından da görünür”
Baş Prokurorluq Qaraheybət aviasiya poliqonunda vaş verən helikopter qəzası ilə bağlı yeni məlumatlar açıqlayıb.
Açıqlamada bildirilir:
“Helikopterin bort məlumatlarının qeydiyyatçısından (“qara qutu”) götürülmüş helikopterin düşmə anında qeydə alınmış uçuş parametrləri vertikal uçuş surətinin normadan artıq olduğunu, nəticədə idarəçiliyin itirilməsilə qəzaya səbəb olduğunu göstərib”.
Lakin cəmiyyətdə bu məsələ ilə bağlı bir sıra suallar və fərziyyələr yaranıb. Belə ki, bəzi insanlar bu cür təcrübəli heyətin idarə etdiyi helikopterin qəzaya düşməsinə şübhə ilə yanaşır.

Polkovnik Üzeyir Cəfərov “Sherg.az”a açıqlamasında bildirib ki, Baş Prokurorluğun verdiyi məlumat araşdırmaya əsaslanır:
“Təqdim olunan məlumata inanmamaq doğru deyil. Orada yaranmış fors-major hadisə nəticəsində təcrübəli pilot Füzuli Cavadov və kapitan Ramin Ədilov idarəetməni tənzimləyə bilməyiblər. Buna görə də F.Cavadov şəhid olur, R. Ədilov isə yaralanır. Hər şey incələnib. Qrafiklərdə də aydın şəkildə göstərilib. İstintaq qrupunun rəhbəri Sənan Paşayev dedi ki, əgər helikopter hava axınına qarşı olsaydı, faciə baş verməzdi. Helikopterin “bort” məlumatlarından da görünür”.
Polkovnik hərbi texnikanın xarakterinə bələd olan biri kimi bu məlumatlarla razı olduğunu vurğulayıb:
“Ağır tonajlı mexanika, yəni 7 ton 350 kq çəkisində olan helikopterin özü, əlavə də içərisindəki insanların ağırlığı uçuş təlimatlarına zidd olacaq göstəricilərdir”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou