Qlobal gərginliyin və münaqişələrin artdığı bir dövrdə Azərbaycan beynəlxalq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
O qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirən Ümumdünya Şəhərsalma Forumu (WUF13) rəsmi olaraq işə başlayıb.