Hüquqi baza hazırdı: “Türkiyə Qarabağda yanımızdadır, Rusiya isə...”
Banuçiçək Kalbalıyeva
12:35 11.02.2021
Gündəm
761
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” birgə təliminin yekun mərhələsini izləyiblər.
Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Quru Qoşunlarının Komandanı Ümit Dündar, Türkiyə Hərbi Dəniz Qüvvələrinin Komandanı Adnan Özbal və Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı Hasan Küçükakyüz da təlimlərin gedişini izləyiblər. İlk olaraq komanda məntəqəsinə baş çəkən H. Akar və Z. Həsənova təlimin gedişi barədə məlumat verilib. Bundan sonra müdafiə nazirləri yeni nəsil konteynerlərə baxış keçiriblər.
Burada səhra mətbəxinə də baş çəkən müdafiə nazirləri Türkiyə istehsalı olan zirehli ambulansa, habelə sərt soyuqlardan qorunmaq üçün yaradılan təsisatlara baxış keçiriblər. Daha sonra müdafiə nazirləri havada icra edilən manevrləri izləyiblər.
Qeyd edək ki, “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir.
Əlbəttə, bu, iki qardaş ölkə arasındakı əlaqələri, əməkdaşlığın növbəti bariz nümunəsidir.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov Zakir Həsənovun Türkiyəyə səfərini “Sherg.az”a şərh edib: “Qarsda keçirilən təlimlər hazırlanan tədbirlər planına uyğundur:
"Bildiyiniz kimi, Azərbaycan bölmələri də həmin hazırlıqlar da iştirak edirlər. Bu isə təlimi izləməyi bizim üçün maraqlı edir. Ümumiyyətlə, müharibədən əvvəl də Zakir Həsənov dəfələrlə Türkiyəyə gedib. Hulusi Akar da Bakıda çox olub. Ona görə belə səfərləri dostluq səfərləri hesab edirəm. Fikrimcə, dünya bizim dostluğumuzdan dərs götürməlidir. Biz digər ölkələrə də qardaşlıq, dostluq mesajı veririk”.
Ş.Ramaldovun fikrincə, bu təlimlərin və Z.Həsənovun Türkiyəyə səfərinin simvolik əhəmiyyəti də var:
“Türkiyə ilə bizim maraqlarımız birdir- Cənubi Qafqazda sabitliyi təmin etmək. Azərbaycanın işğalçı niyyəti yoxdur. Lakin Ermənistan işğalçı siyasətini davam etdirərsə, rəsmi Ankaranın yanımızda olacağını bilməlidir.
Bunun üçün hüquqi baza da var. Artıq Türkiyə Ali Məclisində müvafiq qərar da qəbul edilib. Türkiyə regionda minaların təmizlənməsi işində iştirakı, Monitorinq Mərkəzinin tərkibində olması ilə Azərbaycana qardaş dəstəyini bir daha göstərdi.
Zənnimcə, Qarabağda ruslar müvəqqətidir. Azərbaycanın haqq işinin davam etməsi üçün Türkiyə bizimlə birlikdədir.Təlimlər də dediyimiz məqama işarədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya