“Üçbaşlı müharibə partiyası”nın yalnız bir baş nazirliyə namizədi var, o da Robert Köçəryandır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan üç müxalif partiyanın qarşıdakı seçkilər üzrə baş nazirliyə namizədləri barədə danışarkən deyib.
“Çünki Rusiya əsilli oliqarx - Samvel Karapetyan baş nazir namizədi ola bilməz, o həm Kipr, həm də Rusiya vətəndaşıdır. Qaqik Sarukyanın özü namizəd deyil və öz namizədinin kim olduğunu açıqlamır. Yəni bu üç qüvvə arasında ümumilikdə cəmi bir baş nazirliyə namizədi var”, - o bildirib.
Rubinyan həmçinin əlavə edib:
“Qaqik Sarukyan “bizə yeni sima lazımdır” deyir. Bəs o “yeni sima” kimdir? Özü, yoxsa Köçəryan? Və ya rusiyalı oliqarxın nəyi yenidir?”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.