
İki TARİXİ hadisə: Azərbaycan dövləti Master Klass göstərdi- ŞƏRH
Yusif Nəzərli
09:49 21.04.2024
Gündəm
462
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclasında tərəflər bir sıra məsələlərdə razılığa gəliblər. Bunlardan ən əhəmiyyətlisi təbii ki, qeyri-anklav olan 4 kəndin Azərbaycana qaytarılmasıdır. Komissiyanın iclasında müəyyən edilib ki, sərhəd xəttinin ayrı-ayrı hissələri Azərbaycanın Bağanıs Ayrım Ermənistanın Bağanis, Azərbaycanın Aşağı Əskipara Ermənistanın Voskepar, Azərbaycanın Xeyrimli Ermənistanın Kirants və Azərbaycanın Qızılhacılı və Ermənistanın Berkaber kəndləri arasından keçəcək, xətlərin müəyyənləşdirilməsi SSRİ-nin son illərində mövcud olan dövlətlərarası sərhədlərə uyğun olaraq həyata keçiriləcək.
O da qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilməli, bu, Tərəflər arasında 15 may 2024-cü ilədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılıb, imzalanmalıdır. Bu isə o deməkdir ki, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılır. Delimitasiya komissiyasının bu razılaşması və qərarı Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir.

Mövzunu "Sherg.az"-a dəyərləndirən politoloq Turab Rzayev bildirib ki, Qazaxın 4 kəndinin azad edilməsi Azərbaycan dövləti üçün çox böyük uğurdur. Əslində bu bizim üçün xarici siyasət sahəsində əhəmiyyətli bir addım sayıla bilər. Çünki, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi imzalanmasında ən çətin məsələ o 4 kəndin azad edilməsi idi:
"Artıq demək olar ki, sülhün önündə heç bir əngəl qalmayıb və mümkündür ki, COP-29 ərəfəsində sülh müqaviləsi imzalansın. Əslində bu gözlənilmirdi. Çünki, rus ordusu Azərbaycandan çıxandan sonra, gözlənilən o idi ki, Azərbaycan Ermənistanla münasibətləri daha da gərginləşdirəcək. Amma Azərbaycan bu məsələdə çox adekvat mövqey tutaraq, beynəlxalq siyasətdə uğurlu bir yol seçdiyini nümayiş etdirdi. Çünki biz həm Rusiya ilə münasibətləri normal saxladıq və rus ordusu Azərbaycan ərazisindən çıxdı, həm də Ermənistanla normallaşmaya gedirik".
Politoloq vurğulayır ki, Azərbaycanın artıq mübahisəli ərazisi qalmadı. Bundan sonra növbəti mərhələ sərhədlərin müəyyənləşməsi və Naxçıvana çıxış olacaq Zəngəzur dəhlizinin açılmasıdır:
"Ümid edək ki, yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq və bölgədə sülh və əmin-amanlıq olacaq. Eyni zamanda Azərbaycan dövləti Master Klass göstərməklə, yəni, 4 kəndi azad etməklə və rus ordusunu da çıxarmaqla Qərbdən gələn təzyiqləri də azaltmış oldu. Bundan sonra Avropa İttifaqından və ya Qərb dünyasından təzyiqlər səngiyəcək. Beləliklə, Azərbyacan ərazisindəki xarici hərbi qüvvələri çıxardaraq, öz suverenliyini daha da möhkəmləndirdi, sülh müqaviləsini imzalamağa çox yaxınlaşaraq, Qarabağda qələbəni legitimləşdirdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə