İlham Əliyev Türkiyənin Diyanət İşləri İdarəsinin sədrini qəbul etdi - VİDEO
Yusif Nəzərli
08:49 29.10.2021
Gündəm
386
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırdı, türk xalqına xoşbəxtlik və rifah arzulayıb.
Söhbət zamanı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın ölkəmizə bu yaxınlardakı səfəri məmnunluqla xatırlanıb, bu səfərin Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibələtlərinin növbəti nümunəsi olduğu və əlaqələrimizi daha da möhkəmləndirdiyi vurğulanıb.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın işğaldan azad olunmuş torpaqlarımıza səfər etməsinin önəminə toxunularaq, onun işğal dövründə bütün tarixi-dini abidələrin ermənilər tərəfindən məhv edildiyinin şahidi olduğu qeyd edilib.
Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə