İlham Əliyevin 2003-dəki andiçməsində orada idim - Bütün vədlərinə əməl etdi...
Yusif Nəzərli
13:35 17.10.2023
Gündəm
749
"Azərbaycan elə tarixi günlər yaşadı ki, inanmıram, bundan sonra belə anlar olsun".
Bunu "Sherg.az"a açıqlamasında Əməkdar artist Tahir İmanov Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən danışarkən deyib.
O bildirib ki, biz İlham Əliyevin dövründə həyatımızın əsas məqsədinə, yəni Qarabağın azadlığına nail olduq:
"Ərazi bütövlüyümüzün bərpa olunması ümidi ilə neçə-neçə nəsillər yaşayıb. Bu gün isə İlham Əliyevin rəhbərliyi ilə bu məqsədə çatdıq. Bundan böyük xoşbəxtlik ola bilərmi? İlham Əliyevin 2003-dəki andiçmə mərasimini yaxşı xatırlayıram. Mən Heydər Əliyev sarayında 15-ci sırada oturmuşdum. Cənab Prezidentin vədləri yaxşı yadımdadır. Bu gün həmin vədlər yerinə yetib. Ümumiyyətlə onu tanıyan adam kimi deyə bilərəm ki, İlham Əliyev bütün dediklərini yerinə yetirən şəxsiyyətdir".
T.İmanov əlavə edib ki, bizim ölkə rəhbərindən şübhəmiz yox idi:
"Çoxu ümidlərini itirmişdi. Lakin biz Prezidentimizin sözlərindən əmin idik və Qarabağın qayıdacağı günü gözləyirdik. O ki qaldı ölkənin inkişafına... Hər şey göz qabağındadır. Sadəcə insanlar keçmişi tez yaddan çıxarır. Keçmişə ani nəzər salıb indi ilə müqayisə etsək, inkişafı görəcəyik. Bu gün iqtisadiyyatımız, idmanımız, mədəniyyətimiz və başqa sahələr inkişaf edib. Həmçinin istənilən sahədə Azərbaycanın səsi ən yüksəklərdən gəlir. Buna görə də Allaha şükür edirəm ki, bizim belə ölkə başçımız var. Nə qədər ki, yaşayırıq bu kursu dəstəkləyəcəyik. Çünki biz Heydər Əliyev kursunun əsgərləriyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya