İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir

İran və ABŞ Pakistan vasitəsilə Tehranın son sülh planını tənzimləmək üçün şərh və təkliflər mübadiləsini davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

“Ötən həftə Amerika tərəfinin İranın planını qəbuledilməz elan etməsinə baxmayaraq, Pakistan vasitəsilə bir sıra şərh və düzəlişlər almışıq. Buna görə də, şərhlərimizi Amerika tərəfinə göndərdikdən sonrakı gün Pakistandan təkliflər paketi aldıq və son bir neçə gün ərzində onları nəzərdən keçirdik. Dünən elan edildiyi kimi, cavab şərhlərimiz Amerika tərəfinə çatdırılıb”, - o, mətbuat konfransında bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, danışıqlar prosesi fasiləsiz davam edir.