İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın İranın dondurulmuş aktivlərindən mümkün kompensasiyalar üçün istifadə etmək planını "təhlükəli presedent" adlandırıb.
Sherg.az xəbər verir ki, Əraqçi ABŞ Prezidenti Donald Trampın bu barədə açıqlamasını şərh edərək bildirib ki, başqa bir dövlətin aktivlərinin müsadirəsi beynəlxalq münasibətlər üçün ciddi risk yaradır.
Nazirin sözlərinə görə, hökumətlər xarici dövlətlərin əmlakının müsadirəsini normal təcrübə kimi qəbul etməyə başlayarsa, gələcəkdə heç bir ölkənin aktivləri təhlükəsiz hesab oluna bilməz.
Xatırladaq ki, Donald Tramp Vaşinqtonun nəzarətində olan İran aktivlərindən Hörmüz boğazında davam edən gərginlik fonunda gəmilərə və dəniz yüklərinə dəyə biləcək zərərin ödənilməsi üçün istifadə ediləcəyini bəyan etmişdi.