İran ABŞ-la yeni hərbi qarşıdurmaya hazırdır - Əraqçi

İran ABŞ-la həm danışıqlara, həm də yeni hərbi qarşıdurmaya hazırdır.

Sherg.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “NBC” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tehran ABŞ-la yeni hərbi qarşıdurmaya hazırdır və Vaşinqtonun mümkün hücumunun əvvəlkilər kimi nəticəsiz qalacağını düşünür.

Əraqçi eyni zamanda İranın diplomatik danışıqlara da hazır olduğunu, lakin bunun üçün ABŞ-ın Tehranın yeddi maddəlik planını qəbul etməli olduğunu bildirib.

Qeyd edək ki, İran daha əvvəl Hörmüz boğazının açılması ilə bağlı planını vasitəçilər üzərindən ABŞ-a təqdim edib. ABŞ Prezidenti Donald Tramp isə İranın təklifini rədd etdiyini açıqlayıb.