İranın Yaxın Şərqdəki ABŞ obyektlərinə qarşı həyata keçirdiyi son hücumlar nəticəsində Amerikanın F-35 qırıcıları zərər görməyib.
Sherg.az Bakupost.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Bundan əvvəl İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) İranın İordaniyadakı "Əl-Əzraq" ABŞ aviabazasına zərbələr endirdiyini və üç F-35 qırıcısını məhv etdiyini, daha üç təyyarəyə isə ciddi ziyan vurduğunu bəyan etmişdi.