İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İranla bağlı danışıqlar taktikasını "tamaşa" adlandırıb.
O bildirib ki, Vaşinqtonun hədələr, vədlərin pozulması və saxta xəbərlər vasitəsilə təzyiq göstərməsi uğursuz strategiyadır və ABŞ-ni öhdəliklərini yerinə yetirməyə çağırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 5-də İranla danışıqların müsbət getdiyini desə də, Tehran geri çəkiləcəyi təqdirdə "çox sərt zərbə" endiriləcəyi barədə xəbərdarlıq etmişdi.