İranın Ermənistandakı səfiri Xəlil Şirgolami APRI Forum 2026-da çıxışı zamanı regionda sülhün təmin olunması üçün yalnız müsbət niyyətlərin kifayət etmədiyini bildirib.
Şərq.az xəbər verir ki, diplomatın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında real güc balansının olması vacibdir. İran regionda status-kvonun qorunmasını və geosiyasi dəyişikliklərin qarşısının alınmasını əsas mövqelərindən biri hesab edir.
Şirgolami həmçinin İranın regional nəqliyyat əlaqələrinin inkişafını dəstəklədiyini, lakin TRIPP layihəsinin Ermənistanın ərazi bütövlüyü və milli suverenliyinə xələl gətirməməli olduğunu vurğulayıb.
O qeyd edib ki, İran Cənubi Qafqazda ABŞ-ın hərbi mövcudluğuna qarşıdır.