İran və Səudiyyə rəsmiləri regionu müzakirə etdi

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud və iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə XİN-in məlumatında deyilir.

Bildirilib ki, tərəflər Fars körfəzi bölgəsində gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri və son regional hadisələri müzakirə ediblər.

Ər-Riyad bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasında fəal rolunu davam etdirmək niyyətində olduğunu vurğulayıb.