“İsrailin Livana hücumu cümə günü Cenevrədə ABŞ ilə imzalanması planlaşdırılan mümkün razılaşmanı pozacaq”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Livanda müharibənin başa çatması, müharibənin tam şəkildə dayandırılmasının ayrılmaz hissəsidir. İsrailin Livana qarşı istənilən hərbi hücumu və işğalın davam etdirilməsi anlaşma memorandumunun pozulması hesab olunur”, - o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ, İran və vasitəçi Pakistan Vaşinqton və Tehran arasında, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması məqsədi daşıyan razılaşmanı təsdiqləyib. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.