“Dövlət başçıları müəyyən ölkəyə getməzdən öncə rəsmi səfərin gündəliyi hazırlanır. Belə çıxır ki, Azərbaycan və Ermənistanla bağlı İraqın öz mövqeyi var. Azərbaycanda İraq Prezidenti yüksək səviyyədə qarşılandı. Çox tərəfli razılaşmalar əldə olundu. Ermənistanla İraqında öz maraqları var. Yəqin ki, İrəvan hakimiyyəti ilə təşkil olunan görüşlərdə Ermənistan-Azərbaycan münasibətləri də masaya yatırılacaq”.
İraq Prezidentinin bölgəyə səfəri: PƏRDƏARXASI MƏQAMLAR
14:56 21.11.2023
Gündəm
455
İraq Prezidenti Əbdüllətif Rəşid Ermənistanda səfərdədir.
Onu İrəvanın “Zvartnos” hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqroyan və xarici işlər nazirinin müavini Vaan Kostanyan qarşılayıb.
Bildirilib ki, İraq Prezidenti Ə.Rəşid Ermənistan Prezidenti Vaan Xaçaturyan, baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla görüşəcək.
Qeyd edək ki, İraq Prezidenti İrəvana Bakıdan gedib.
İraq prezidentinin səfərini “Sherg.az”a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Əbdüllətif Rəşidin Bakıya səfərinin ardınca Ermənistana səfəri təsadüfi deyil:
“Dövlət başçıları müəyyən ölkəyə getməzdən öncə rəsmi səfərin gündəliyi hazırlanır. Belə çıxır ki, Azərbaycan və Ermənistanla bağlı İraqın öz mövqeyi var. Azərbaycanda İraq Prezidenti yüksək səviyyədə qarşılandı. Çox tərəfli razılaşmalar əldə olundu. Ermənistanla İraqında öz maraqları var. Yəqin ki, İrəvan hakimiyyəti ilə təşkil olunan görüşlərdə Ermənistan-Azərbaycan münasibətləri də masaya yatırılacaq”. Politoloq İraq Prezidentinin Ermənistanı tərk etdikdən sonra erməni mediasında yayılan xəbərlərə əsasən bəzi şeyləri proqnozlaşdırmağın mümkün olacağını vurğulayıb:
“Əbdüllətif Rəşidin bölgəyə olan səfərində müəyyən güclərin maraqları durur. Baxmayaraq ki, İraq elədə güclü siyasi fiqur deyil, lakin onun ABŞ tərəfindən işğal edilmiş bir dövlət olduğunu unutmamaq lazımdır. Xüsusən də, İraq Prezidentinin sülh müqaviləsinin imzalanması yönündə müəyyən addımlar atmaq barədə düşüncələri ola bilər. Yaxın zamanlarda bu məsələlər haqqında daha aydın və dəqiq fikir yürütmək olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media