İsrail prezidentinin səfərindəki görünməyən məqamlar - Nə vəd olundu ?
13:18 31.05.2023
Gündəm
609
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İsrail Prezidenti İsxak Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.
Xatırladaq ki, İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Mayın 30-31-ni əhatə edəcək iki günlük səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tuturb. Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edib.
Dünən Prezident İlham Əliyevin İsrailli həmkarı İshak Hersoqla ilə təkbətək görüşü olub və iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinin müzakirəsi aparılıb.
Qeyd edək ki, iki günlük səfər çərçivəsində İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbir keçirilib.
Səfəri "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev söyləyib ki, İsraillə Azərbaycan arasındakı münasibətlər strateji xarakter daşıyır:
"Bizim kifayət qədər dərin və hərtərəfli əlaqələrimiz var. Bu isə mediada və ictimaiyyətdə bilinən mənzərədən daha yuxarı səviyyədədir. Hətta ölkə başçısı çıxışlarından birində demişdi ki, İsrail Azərbaycana əlaqələri aysberqə bənzəyir. Onun yalnız onda biri görünür, onda doqquzu isə suyun altındadır. Digər tərəfdən ABŞ- da və dünyanın müxtəlif ölkələrində yer alan İsrail lobbisi də Azərbaycanın maraqlarını müdafiə edir. Həmçinin Azərbaycan və yəhudi lobbisi bir çox hallarda paralel şəkildə fəaliyyət göstərir. Azərbaycanda isə yəhudi icması var və bu icma rahat və təhlükəsiz şəkildə ölkədə fəaliyyət göstərir. Hətta dövlət tərəfindən də onlar qayğı göstərilir".
Analitik qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılmasından sonra iki ölkə arasındakı əlaqələr daha da güclənib:
"Artıq əməkdaşlıqlar daha aydın şəkildə müşahidə olunur. Belə ki, İsrail rəhbərliyi dəfələrlə rəsmi Bakını dəstəkləyən mesajlar yayımlayıb. Azərbaycan parlamenti isə onlar təşəkkür məktubu ünvanlayıb. İndi İsrail Prezidentinin səfəri də bu əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Düşünürəm ki, rəsmi Təl-əviv bundan sonra da, Bakının xarici siyasətində və təhlükəsizlik strategiyasında xüsusi rola malik olacaq. Yəni biz hər zaman Bakının müttəfiqləri sırasında İsrailin adını görəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə