İsrailli ekspert: “Türk əsgərlərinin Qəzzada iştirakı ən böyük riskdir”

İsrailin "Ynet" saytı Türkiyənin Qəzzada artan rolunu “Ərdoğanın Qəzza arzusu  - İsrailin kabusu” başlıqlı analizdə dəyərləndirib. 

Sherg.az xəbər verir ki, məqalədə Türkiyənin Trampın təşəbbüsü ilə aparılan danışıqlarda əsas aktor kimi çıxış etdiyi, sülhün zəmanətçisi rolunu qazandığı bildirilib.

İsrailli ekspertlər türk əsgərlərinin Qəzzada iştirakının “ən böyük risk” olduğunu vurğulayıb. Analizdə qeyd olunub ki, Türkiyə həm cəsəd axtarış missiyasında, həm də atəşkəsin müşahidəsində rol alacaq.