Kaliforniya polisinə xəbərdarlıq
19:27 01.04.2024
Gündəm
394
“Şübhəliləri oyuncaqlara bənzətməyin”
Məşhur “Lego” şirkəti ABŞ-nin Kaliforniya ştatı polisinə ciddi xəbərdarlıq edib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, şirkət istehsal etdiyi oyuncaqların görüntüsünün şübhəlilərin üzlərinin örtülməsində istifadəsinə etiraz edib. “Lego” şirkətinin məhsulları dünyada ən çox tələbat olan və ən çox satılan oyuncaqlardır. Kaliforniya polisi isə şübhəli qismində saxlanılan şəxslər barədə məlumat verərkən, onların üzünü müxtəlif oyuncaqların görüntüsü ilə örtür. Polis bununla şübhəlilərin kimliyinin gizli saxlanması qanununa əməl etsə də, digər tərəfdən istehsalçı şirkətin hüquqlarını pozur. Şirkət belə hesab edir ki, hər hansı cinayətdə şübhəli bilinərək polis tərəfindən saxlanılan və barələrində istintaq araşdırması aparılan şəxslərin üzünün “Lego” oyuncaqlarının görüntüləri ilə örtülməsi, bu oyuncaqları sevən uşaqlara qarşı aqressiv bir hərəkətdir. Və uşaqlarda bu oyuncaqların “cinayətkar” obrazını formalaşdıra bilər. Qeyd edilir ki, şübhəli şəxslərin simasının oyuncaq görüntülərlə, emojilərlə örtülməsi, həmçinin belə hallarda bəlli smayliklərdən də istifadə edilməsi, son zamanlar dəb halını alıb. Bu isə istehsalçı və istehlakçı hüquqlarına ziddir. Odur ki, şirkət Kaliforniya polisinə müraciətlə “şübhəli şəxslərin simasına "Lego" başları əlavə etməkdən əl çəkin”, deyə xəbərdarlıq edib. Polis isə bu üsulu “xalqın əhvali-ruhiyyəsini yüksəltmək” məqsədilə etdiyini bildirib. Əlavə edib ki, xəbərdarlığı diqqətə alacaq və şübhəlilərin simasını örtmək üçün başqa üsuldan istifadə edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol