Kənddə 2 min insan yox oldu
19:40 01.04.2024
Gündəm
391
İçi boş məzarların sirri çözülmür
Kanadanın şimal-qərb hissəsində, Anjikuni gölü yaxınlığında yaşayan eskimo xalqının hara itdiyi, hara çıxıb getdiyi indiyədək sirr olaraq qalır. Sirr olan təkcə bu da deyil. Kənddə o vaxtadək dəfn edilmiş sakinlərin məzarları da boş olub. Eskimo xalqı məzardakı ölüləri də özləriylə harasa aparıbmı? Bu suallar açıq qalır. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən ötən əsrin 30-cu illərində yaşanmış qəribə hadisənin təfərrüatlarını təqdim edir. Dəri ticarətçisi olan Joe Labelle 1930-cu ilin noyabr ayında adəti üzrə Anjikuni gölü yaxınlığında, eskimo xalqının məskunlaşdığı kəndə gedib. Joe kəndə gələndə dərin səssizlik hökm sürdüyünü görür. Ətrafda da kimsə gözünə dəyməyib. Amma çadırlarda qazanlar ocaqda asılı vəziyyətdə, tikişi yarımçıq qalmış, iynəsi üstündə geyimlər, çadırlarda asılı tüfənglər qalıb. Burada hər hansı döyüş, çarpışma olduğunu göstərən əlamətlər də olmayıb. Elə isə kəndin 2 min əhalisi hara yoxa çıxıb? Joe ətrafda bir cəsəd belə görməyib. Yalnız tərk edilmiş çadırlar, əşyalar olub. Sanki buranın insanları qəfil kəndi tərk etməli olub, hər şeyi necə varsa, eləcə də qoyub çıxıblar kimi görünürdü. Ətrafı dolaşan Joe kənddən 100 metr aralıda 7 köpək cəsədi görüb. Amma onların aclıqdan öldüyünü müəyyən edib. Bu da bir sirr idi. Çünki kəndin əhalisi itlərlə mehriban davranırdı, itlər qoruyucu, keşikçi hesab edildiklərindən onlara yaxşı qulluq edirdilər. Nəsə gözlənilməz, ani bir hadisə baş verməliydi ki, kənd əhalisi harasa getsin, amma itləri özləriylə aparmasınlar. Joe bir qədər də irəlilədikdə qarşıda boş məzar görüb. Məzar insan tərəfindən açılmış və meyit çıxarılaraq harasa aparılmışdı. Joe gördüklərindən heyrətə gələrək durumu Şimal-qərb süvari polisinə xəbər verib. Araşdırma aparan polis kənd əhalisi barədə heç bir məlumat əldə edə bilməyib. Yalnız bir şahid və oğlu Anjikuni gölünə tərəf addımlayarkən böyük silindr formalı və qəribə bir ışıq gördüklərini deyiblər. Eskimo xalqı beləcə yox olub, kimsə onların harada olduqlarını indiyədək də bilmir. Bir neçə il sonra Nigel Blundell və Roger Boar adlı yazarların “Dünyanın ən böyük UNO-su” adlı kitabında həmin civarlarda bir UNO görən şahiddən və minlərlə insanın qeybə çəkilməsindən danışılırdı. Kanadanın Kral Atlı Polisi məmurları hadisə barədə tədqiqat apararkən Anjikuni gölünün başı üstündə - göydə yanıb sönən qəribə mavi işıqlar görüblər. Eskimo xalqının qeyb olması bu mavi işıqla nə dərəcədə bağlıdır, hələ də bilinmir. Kanada Kral Atlı Polisi eskimo xalqı v onların qeybə çəkilməsi haqqında getdikcə yaılan şayiələrin qarşısını almaq üçün hadisəni “uydurma” elan edib və bu haqda məlumatların dərc edilməsini uzun müddət yasaqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm