KİV: Paşinyanın Rusiyadan uzaqlaşma siyasəti uğursuz olub

Baş nazirin siyasi manevr imkanları getdikcə məhdudlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyadan uzaqlaşmağa yönəlmiş siyasi kursu gözlənilən nəticələri verməyib və onu çətin siyasi vəziyyətlə üz-üzə qoyub.

Sherg.az xəbər verir ki, bu barədə "Strategic Culture" nəşrində dərc olunan məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, Ermənistanın Moskva ilə məsafə saxlaması ölkəyə gözlənilən strateji üstünlükləri qazandırmayıb. Eyni zamanda, Qərblə yaxınlaşma da İrəvana konkret təhlükəsizlik təminatları verməyib.

Nəşrin fikrincə, bu siyasət nəticəsində Ermənistanın milli maraqları risk altına düşüb və Paşinyanın siyasi manevr imkanları getdikcə məhdudlaşır.

Xatırladaq ki, britaniyalı hərbi analitik  Aleksandr Merkuris  daha əvvəl Paşinyanın Avropa inteqrasiyası kursunun Ermənistanı böhrana sürükləyə biləcəyini bildirmişdi. Öz növbəsində, Vladimir Putin Rusiyanın Ermənistanın seçimindən asılı olmayaraq bu ölkə ilə normal münasibətləri qoruyacağını bəyan edib.