Koronavirusdan qorunmaq üçün dərmana gərək yoxdur?
05:19 04.03.2020
Gündəm
628
Koronavirusa qarşı peyvənd, eləcə də virusu müalicə edən dərmanların tapılması istiqamətində araşdırmalar davam edir.
e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, Taylanddan olan yoluxucu xəstəliklər üzrə mütəxəssis Vanphen Sutsamai antivirus dərmanlarının COVID-2019 virusunun qarşısının alınması üçün effektivliyini qiymətləndirib. Onun sözlərinə görə, koronavirus infeksiyasının qarşısını almaq üçün antivirus dərmanları qəbul etmək və özünü müalicə ilə heç bir müvəffəqiyyət əldə etmək mümkün deyil. Antivirus dərmanları, o cümlədən autoimmun xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarla müalicəyə ehtiyac yoxdur.
Mütəxəssis qeyd edib ki, özünü müalicə etmək istəyən hər bir insan reklam olunan dərmanlarıı aptekdən alıb içir. Amma dərman nə qədər təsirli olursa-olsun, peyvənd deyil. Ona görə də, dərman içərək hələ gizli inkişaf edən virus infeksiyasını "dəf edə" bilsə də, bir müddət sonra digər viruslara yoluxur. Və ətrafdakı insanlar üçün təhlükə mənbəyi kimi qalır. Çünki qəbul olunan dərmanlar yalnız virusun əlamətlərini gizlədir. Xəstəliyi simptomsuz keçməsi isə daha çox yoluxmaya səbəb olur. Həkim bildirib ki, kütləvi yoluxmalar zamanı belə şəxslərin ətrafdakılar üçün böyük bir risk daşıdığını unutmaq olmaz.
Mütəxəssis onu da bildirib ki, qızılca xəstəliyi olan xəstə yeni koronavirusa yoluxub-yoluxmadığını xüsusi bir təhlil olmadan təyin edə bilməz.
O, Rusiya istehsalı olan virus əleyhinə “Arbidol' preparatının Çində koronavirusun müalicəsində istifadəsi haqqında məlumatlara toxunaraq, koronavirusun profilaktikası üçün dərman qəbul etməyə gərək olmadığını vurğulayıb. Çünki bu üsul yanlış təhlükəsizlik hissi yaradır, halbuki virusdan qorunmaq üçün heç bir zəmanət yoxdur.
Onun sözlərinə görə, koronavirusun qarşısının alınması üçün yalnız gigiyena qaydalarına ciddi riayət etmək lazımdır. Bu isə əllərin sabunla tez-tez yuyulması, dezinfeksiyaedici maddələrin istifadəsi və tibbi maskaların geyilməsindən ibarətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə