“Makronla Paşinyan çabaladıqca batırlar” – Böhran!
Fidan Həmişəyeva
13:52 17.05.2021
Gündəm
701
Fransa prezidenti Emmanuel Makronun ölkəmizə qarşı açıq düşmənçiliyinin növbəti dəfə şahidi olduq. Makronun Azərbaycanı Ermənistan torpaqlarını işğalda günahlandırması, bu da azmış kimi, ermənilərə dəstək mesajı verməsi iki ölkə arasındakı onsuz da soyuq olan münasibətləri daha da gərginləşdir. Torpaqlarının 20 faizi ermənilər tərəfindən 27 ildən çox işğalda saxlanılan bir ölkəni işğalçı adlandırmaq Fransanın ədalət anlayışının və beynəlxalq hüquqa yanaşmasının göstəricisidir.
Zəngəzur istiqamətində Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etməsi, görünür, Ermənistandan çox, onun havadarlarını narahat edir. Bu narahatlıq o həddə çatıb ki, Makron açıq-aşkar öz rəsmi hesabından ordumuzun dövlət sərhədini bərpa etməsini Ermənistan torpaqlarının işğalı olaraq adlandırır.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Fransa prezidentinin növbəti qərəzli yanaşmasını “Sherg.az”a dəyərləndirib. Parlamentari vurğulayıb ki, Fransa ciddi kriz vəziyyətindədir:
“Makron böyük ehtimalla daxili problemlərdəki diqqəti yayındırmaq, gündən-günə itən nüfuzunu artırmaq, Avropa Birliyindəki (AB) hörmətini itirməmək üçün belə addım atır. Fransanı çox gözəl tanıyırıq. Təəsssüf ki, bu ölkənin içərisində anti-islamizm, İslamafobiya, antitürk və anti-Azərbaycan ideyaları çox ciddi baş alıb gedir. Bu qərəzli yanaşma qarşıdan gələn seçki kampaniyasında mühüm arqumentə çevriləcək faktor kimi qiymətləndirilməlidir. Qaragöl məsələsi ilə bağlı dövlətimiz bir neçə dəfə bəyanat verib ki, hansısa problem mövcuddursa, erməni tərəfi bunu danışıqlar vasitəsilə həll etmək niyyətində olan Azərbaycanla bir yerdə müzakirə etməlidir.
Sərhədlər heç vaxt normal şəkildə olmayıb. Çünki işğal olunmuş torpaqlar tam olaraq Ermənistanın nəzarəti altında idi. Torpaqlarımızı azad edəndən sonra Azərbaycan öz sərhələrini bərpa edəcək. Hazırda hər hansı bir yerdə, yüksəklikdə və yaxud göl ətrafında problem yaranırsa, bunu diplomatik yolla və sivil qaydada həll etmək mümkündür. Ancaq erməni siyasi dairələri nə edir? Onlar bu hadisədən sui-istifadə edərək siyasi məqsədlərini gündəmə gətirirlər. Həm Paşinyanın komandası, həm ona qarşı olan qüvvələr, həm də Ermənistan ətrafında olan müxtəlif qüvvələr öz maraqlarından istifadə edərək şəxsi maraqlarını güdürlər”.
S.Seyidov qeyd edib ki, Fransa prezidenti Makronun imici Paşinyandan yüksək deyil, bəlkə də aşağıdır:
“Sosioloji soruğular göstərir ki, Paşinyana 30 faiz seçici səs vermək niyyətindədirsə, Makron 10-15 faiz seçicinin müsbət rəyini qazanıb. Ona görə də Makronun vəziyyəti Paşinyandan pisdir. Təbii olaraq, bu iki şəxs bir-birindən yapışıb bataqlıqdan çıxmaq istəyirlər. Lakin anlamırlar ki, bir yerdə çabaladıqca, daha da batırlar”. Həmin bataqlığın da adı İslamafobiya və irqçilikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə