Məhkəmə hakimi arvadını “içkini tərgit” iradından sonra öldürüb - TƏFƏRRÜAT
Yusif Nəzərli
14:01 01.10.2021
Gündəm
648
Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun arvadını niyə öldürməsinin detalları məlum olub.
Oxu.Az istintaq materiallarına əsasən bildirir ki, 1976-cı il təvəllüdlü Fəqan Əhmədov arvadını öldürərkən sərxoş vəziyyətdə imiş.
Fəqan Əhmədov 2006-cı ildə ailə qurub, onların bu nikahdan üç övladı dünyaya gəlib. İstintaqa verilən ifadələrdən aydın olub ki, ər-arvad arasında mehribançılıq olub, onlar arasında yalnız uşaqları danlamaq mövzusunda kiçik mübahisələr düşüb. Bu isə tərəflər arasında heç zaman böyük mübahisə yaratmayıb.
Bəs bu qətlə səbəb nə idi?
Hadisənin baş vermə anı haqqında təsəvvür yaratmağa çalışaq.
Fəqan Əhmədov 2021-ci ilin mayın 30-da Bakının Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində yerləşən bağ evində olarkən nahar yeməyində 100-150 qram miqdarında spirtli içki də içir.
Həmin gün Fəqan Əhmədovun atasının dayısı Xanlar da (şərti ad) nəvəsi ilə onlara qonaq gəlir və bir saatdan sonra çıxıb gedir.
Eyni gün saat 19:00 radələrində Fəqan Əhmədovun qonşusu da qonaq gəlir və özü ilə 0,7 litrlik araq gətirir. Qonşular yeyib-içirlər.
Saat gecə 12-nin yarısıdır, ər Fəqan Əhmədov ikinci mərtəbədən qonaq otağına düşür, divanda əyləşir və həyat yoldaşı ilə söhbət etməyə başlayır.
Söhbət zamanı aqressiv fikirlərə yer verilmir, hətta onlar deyib-gülürlər.
Fəqan Əhmədov vəziyyətinin bir az da xoş olması üçün yenə spirtli içki içir.
Bu zaman arvadı ona etiraz edir, ona içkini tərgitməsinin vacibliyini bildirir, ər da “yaxşı” deyir, lakin həyat yoldaşının etirazları səngimir.
Həyat yoldaşının narazılığının davam etdiyini görən Fəqan Əhmədov “özüm bilərəm nə vaxt tərgidəcəm” deyə cavab verir.
Fəqan Əhmədov istintaqa ifadəsində deyib ki, o, arvadı ilə zarafat etmək istəyib, bu məqsədlə yuxarı qalxaraq ov silahını götürüb.
Silahla gəldikdə isə arvadı divanda əyləşibmiş, o, silahı lüləyini zarafat məqsədilə, düz arvadının ürəyinə tuşlayrb və birdən tüfəng açılır. Onun həyat yoldaşı hadisə yerində keçinir.
Fəqan Əhmədov daha sonra tüfəngi də götürüb özünü öldürmək üçün həyətə çıxır, həyətdə olarkən uşaqlarının ağlamasını eşidib özünü öldürə bilmir və eyvandan havaya atəş açır.
Onların övladlarından biri səs-küyə gəlir, “nə oldu, mamaya niyə qışqırdı?” deyə sual verir. Atası isə onun sualına cavab verməyərək üzünü ona tutub “xahiş edirəm bağışla, istəməzdim belə alınsın, təsadüfən baş verdi” deyə cavab verir.
Fəqan Əhmədov hadisəni ehtiyatsızlıqdan törətdiyini desə də, ekspertiza fərqli nəticə çıxarır.
Ekspertizanın rəyinə əsasən, əgər döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən, o cümlədən çaxmaqları qoruyucuda olduğu vəziyyətdə tətiklər çəkilərkən silahdan öz-özünə atəş açılmır.
Məhkəmənin dəlilləri fərqlidir
Ekspertiza həm də Fəqan Əhmədov haqqında belə rəy verir ki, o, ünsiyyətçilik, səmimilik, hər kəslə yaxşı yola getmək, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, məsuliyyətlilik, təmkinlilik, konfilikdə meyilli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Lakin bu hal da Fəqan Əhmədova veriləcək cəzanı yüngülləşdirmir.
Məhkəmə Fəqan Əhmədovun bu hadisəni qəsdən törətdiyi qənaətinə gəlir.
Məhkəmə istintaqının qənaətinə əsasən, Fəqan Əhmədov sərxoş vəziyyətdə olduğundan arvadının ona irad bildirməsini təhqir kimi başa düşüb. Bu zaman onda qisas hissi yaranın və evin ikinci mərtəbəsində saxladığı tüfəng yadına düşür.
Məhkəməyə görə, Fəqan Əhmədov tüfəngi qabından çıxararaq yenidən birinci mərtəbəyə qayıdır və onu həyat yoldaşının sinəsinə dirəyərək tətiyi çəkməklə atəş açır.
Məhkəmə şərh olunanlara əsasən müəyyən edib ki, Fəqan Əhmədov silahı doldurub atəşə hazır vəziyyətə gətirdikdən sonra avtomatik bağlanan qoruyucunu da açır.
Məhkəmənin qənaətinə əsasən, həmin hallar təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsinin birbaşa qəsdlə törədilməsini tam sübut edir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 30 sentyabr tarixli hökmü ilə Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Fəqan Əhmədov isə özünü bu maddə ilə yox, 124.1-ci maddə ilə (ehtiyatsızlıqdan adam öldürmə) təqsirli bilirdi...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya