Mesaj verildi: Cənubi Qafqaz ölkələri problemlərini regionda özləri həll edə bilər
15:46 08.10.2023
Gündəm
905
"Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı Azərbaycan və Gürcüsan arasında əlaqələrinin tarixi və indiki dövrü ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Xüsusilə də, SSRİ-nin dağılmasından sonra Heydər Əliyev və Eduard Şevardnadzenin hakimiyyəti zamanı gürcü və Azərbaycan xalqları arasında münasibətlərin inkişafına verdikləri təstəklərə toxunulub".
Bu fikirləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfəri ilə bağlı "Sherg.az"a açıqlaması zamanı deyib.
O bildirib ki, Azərbaycanın Gürcüstan ilə iqtisadi, regional və iki tərəfli əməkdaşlığa xüsusi diqqət yetirməsi də gündəm mövzusu olub:
"Eyni zamanda Azərbaycanın Gürcüstana qoyduğu investisiyaların həcmi ilə bağlı məsələlərə də toxunulub. Görüş zamanı Azərbaycanın iştirak etdiyi böyük qlobal və regional səviyyəli layihələrdə Gürcüstanın da olmasına diqqət yetirilib. Azərbaycanın Gürcüstan ərazisindən keçən enerji və nəqliyyat kommunikasiya xətləri ilə bağlı məsələlər geniş müzakirə edilib. Bunların hamısı çox önəmli mesajlar idi. Həmçinin, Prezident İlham Əliyevin Ermənistan ilə sülh məsələsini vurğulayarkən Gürcüstanda ikili, üçlü görüşlərin keçrilməsi imkanlarına toxunması yaxın gələcəkdə iki ölkənin bir-birinə əhəmiyyətli dəstək verməsindən xəbər verir. Yəni bununla Cənubi Qafqaz ölkələri öz problemlərini regionda həll edə bilər mesajı verildi. Bu görüşlərin perspektivləri çoxdur. Sadəcə olaraq ağıllı diplomatiyanın yürüdülməsi nəticə yönümlü proseslərə gətirə bilər. Bu isə nəticə etibarilə ikili, regional və qlobal səviyyədə hər iki dövlətə fayda verə bilər. Səmimi danışıqlar göstərir ki, Gürcüstan və Azərbaycan arasında olan dostluq, qonşuluq münasibətlərinə tək sözdə deyil, həmçinin, əməldə də riayət edilir. Bundan sonra da bu proseslər uğurla davam etdiriləcək".
Qeyd edək ki, bugünkü səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub.
Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm