Milli Məclis və Mərakeş Nümayəndələr Palatasının sədrlərinin görüşü olub
16:50 14.12.2023
Gündəm
329
Dekabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Azərbaycanın qardaş ölkə olduğunu bildirib və Azərbaycanı öz suverenliyini bərpa etməsi münasibətilə təbrik edib.
Raşid Talbi El Alami ölkəmizə səfərləri çərçivəsində 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Bakı konfransında və 2023-cü ilin may ayında Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakını məmnunluqla xatırladıb. Sahibə Qafarova qanunvericilik orqanlarımız arasında əlaqələrin inkişaf etdiyini bildirib. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nəzərə alınaraq, parlamentlərimizin iqlim dəyişiklikləri üzrə də əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Raşid Talbi El Alami Azərbaycanın bu tədbirə ev sahibliyi etmək hüququ əldə etməsi münasibətilə öz təbriklərini çatdırıb.
2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışan spiker Sahibə Qafarova deyib ki, bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu dəfə seçkilər Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.
O, hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Mərakeş tərəfinə təşəkkürünü ifadə edib. Milli Məclisin sədri vurğulayıb ki,hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. O, ümid etdiyini bildirib ki, saziş tezliklə imzalanacaq.
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə