Milli Məclisin bu gün keçirilən növbədəkənar sessiyasında ötən ilin büdcəsinin icrası ilə bağlı məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf xəbər verir ki, parlamentin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (ikinci oxunuş) deputatların müzakirəsinə təqdim olunub.
Ötən ilin büdcəsinin icra vəziyyəti ilə bağlı qanun layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Azər Badamov təqdim edir.