MİT casus şəbəkəsini ifşa etdi: 7 nəfər həbs olundu

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı ( MİT) Türkiyə əleyhinə casusluq fəaliyyəti həyata keçirən beynəlxalq agent şəbəkəsini zərərsizləşdirib.

 Sherg.az xəbər verir ki, Ankara Baş Prokurorluğu və terrorla mübarizə bölməsi ilə birgə aparılan əməliyyat zamanı 4 şəhərdə eyni vaxtda reyd keçirilib.

Əməliyyat nəticəsində şəbəkə rəhbəri B.E. daxil olmaqla 7 nəfər saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib. Şəbəkənin digər iki üzvünün isə başqa cinayətlərə görə həbsdə olduğu bildirilib.

İstintaqa görə, şəbəkə Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, etnik qruplar və dövlət qurumları barədə həssas məlumatlar toplayaraq xarici kəşfiyyat xidmətlərinə ötürüb.

MİT-in uzunmüddətli izləmə, texniki dinləmə və kibermüşahidə əməliyyatları nəticəsində şəbəkənin əlaqə kanalları, maliyyə mexanizmləri və fəaliyyət üsulları tam şəkildə ifşa olunub. Türkiyə mediası əməliyyatı milli təhlükəsizlik baxımından mühüm uğur kimi qiymətləndirib.