MM sədri ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb
14:49 13.11.2023
Gündəm
665
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Cənubi Qafqaz regionunda vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Ermənistanın Azərbaycan ərazilərini 30 illik işğalı və onun nəticələri, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti haqqında fikirlərini bildirib. O, 2020-ci ildə Vətən Müharibəsində Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra məhz ölkəmizin beynəlxalq hüququn 5 prinsipinə, o cümlədən ərazi bütövlüyünə və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə əsaslanan sülh gündəliyini irəli sürdüyünü diqqətə çatdırıb. O, təəssüflə qeyd edib ki, Ermənistan sülhə nail olmaq üçün lazımi siyasi iradə nümayiş etdirməyib. Belə ki, Ermənistan 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərini yerinə yetirməyib, Azərbaycana qarşı hərbi – siyasi təxribatları davam etdirib.
Milli Məclisin sədri bu ilin sentyabr ayında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri barədə məlumat verib. O, qeyd edib ki, antiterror tədbirləri beynəlxalq hüquq normalarına tam uyğun olaraq həyata keçirilib. Mülki infrastruktura heç bir ziyan dəyməyib və mülki əhaliyə qarşı heç bir zorakılıq faktı qeydə alınmayıb.
Sahibə Qafarova həmçinin Qarabağın etnik erməni sakinlərinin reinteqrasiyası ilə bağlı Azərbaycan tərəfindən təklif olunan tədbirlər barədə də danışıb. O buna baxmayaraq, Ermənistanın azərbaycanlıların Ermənistana geriqayıtma hüququnu inkar etdiyini diqqətə çatdırıb.
Spiker Ermənistan tərəfindən törədilən mina təxribatları barədə də danışaraq, bildirib ki, Ermənistan tərəfindən basdırılmış 1 milyondan çox mina bu torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ciddi maneçilik törədir.
Milli Məclisin sədri görüşdə həmçinin ölkəmizə qarşı müşahidə olunan ikili standartları sərt tənqid edib. O, istər Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 ilə yaxın dövr ərzində, istərsə də ölkəmizin öz torpaqlarını azad etdikdən sonra ötən müddətdə müşahidə olunan ikili standartların qəbuledilməz olduğunu bildirib.
Görüşdə Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazın təhlükəsiz və sabit gələcəyi üçün əsas maraqlı tərəfdir və Azərbaycan regionda sülh gündəliyinin irəliləyişinə sadiqdir. Spiker, təəssüflə qeyd edib ki, Ermənistan sülh naminə çalışmaq əvəzinə hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
O, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasında bütün imkan və platformalardan istifadə etməkdə davam etdiyini bildirib və bəzi beynəlxalq təşkilatlarda Ermənistanın bu yalanlarının dəstək görməsindən təəssüfünü ifadə edib. Sahibə Qafarova vurğulayıb ki, Azərbaycanın guya "etnik təmizləmə" aparması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən iddialar əsassız və yalandır. Spiker qeyd edib ki, real vəziyyəti təhrif edən, nifrət və düşmənçiliyi davam etdirən istənilən cəhdin qarşısı alınmalıdır və vəziyyəti çətinləşdirəcək birtərəfli hərəkətlərdən, bəyanatlardan çəkinmək vacibdir. Milli Məclisin sədri bu çərçivədə ATƏT PA-nın tədbirlərinin Ermənistanın Azərbaycana qarşı yalan təbliğatı üçün bir platformaya çevrilməməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə ATƏT PA-nın Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından mümkün rolu barədə də fikirlər səsləndirilib.
Tərəflər həmçinin Azərbaycan Milli Məclisi ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələləri haqqında da müzakirələr aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm