Monika bu dəfə müxtəlif ictimai layihələrlə gündəmə gəlib
06:53 29.02.2024
Gündəm
445
Tarixin ən böyük qalmaqalı olmuşdu
ABŞ Prezidenti Bill Klintonla sevgi macərası ilə məşhurlaşan Monika Levinski moda dünyasına təşrif buyurub. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, 1993-cü ildə ABŞ-nin 42-ci prezidenti seçilmiş Bill Klintonun nüfuzuna “yasaq sevgi” münasibətləri əməlli-başlı zərər vurub. Prezidentliyi dövründə özünə “yasaq sevgi”ni rəva görən Bill Klintonun sevgilisi, 21 yaşındaykən Ağ Evdə stajorluq keçən Monika Levinski isə bu qalmaqaldan sonra müxtəlif ictimai layihələrlə gündəmə gəlib. Məsələn, o, 2014-cü ildə zorakılığa məruz qalanlar və yardıma ehtiyacı olanlar üçün kampaniya başladıb, ictimai fəal kimi tanınıb. Monika Levinski hazırda 50 yaşındadır və indi də məşhur markanın təmsilçiliyini həyata keçirir. M.Levinski “Reformation” markasının "You've Got the Power" (Güc Səndə) adlı kampanyası üçün kameralar qarşısına keçib. Kampaniya "Qadınların səsinə səs verin" şüarı altında keçirilir. M.Levinski qadınları seçkilərdə aktiv olmağa çağırıb və geyindiyi dəbli geyimlərə işarə edərək belə bir çağırış edib: “Gözəl bir kombin geyinmək qadınlar arasında güclü bir bağlantı yaratmaz, amma gedib səs vermək bu bağlılığı gücləndirə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət