Moskvada keçirilən beynəlxalq forumda azərbaycanlı deputat Ermənistan təmsilçisini susdurub
Moskvada keçirilən beynəlxalq forumda azərbaycanlı deputat Ermənistan təmsilçisini susdurub
13:45 15.02.2024
Gündəm
320
Moskvada neokolonializmlə mübarizə mövzusunda keçirilən "Millətlərin azadlığı uğrunda" adlı beynəlxalq forumda Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərov Ermənistan təmsilçisini susdurub.
APA-nın Moskva müxbiri xəbər verir ki, Vahid Rusiya Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq forumda Ermənistan nümayəndəsi, keçmiş deputat Arman Abovyan Azərbaycanı uydurma “Artsax” "respublikası"nda tarixi dini abidələri məhv etməkdə gunahlandırmağa çalışıb. Azərbaycan dövləti əleyhinə yalançı ittihamlar səsləndirən Ermənistan təmsilçisinə millət vəkili Nizami Səfərov tarixi faktlarla cavab verib.
“Ermənistan nümayəndəsi məni bir neçə şərhlə çıxış etməyə vadar elədi. Bu gün Cənubi Qafqaz regionunda tamamilə yeni geosiyasi vəziyyət yaranıb. 30 il davam edən münaqişə bitib. Hansı ki, bu münaqişə Ermənistanın Azərbaycanın suveren ərazisinə təcavüzü ilə bağlı olub. Bu münaqişə soyqırımı, azərbaycanlılara qarşı həm Ermənistanda, həm də Azərbaycanın suveren ərazisində etnik təmizləmələr, insanlığa qarşı hərbi cinayətlərlə müşayiət olunub. Əgər bu gün kimsə Azərbaycanın işğaldan azad olunan ərazilərində olubsa, o zaman həmin ərazilərin ən yaxşı halda Xirosima və Naqasakini xatırlatdığını görə bilər. Milyondan çox mina Azərbaycan ərazilərində basdırılıb. Hətta hərbi əməliyyatlardan sonra 2021-ci il Ermənistan istehsalı olan minalar Azərbaycan ərazilərində basdırılıb ki, o vaxtdan indiyədək 350-dən çox dinc sakin ermənilərin basdırdıqları minaların qurbanı olub”, - deyə azərbaycanlı millət vəkili vuğulayıb.
N.Səfərov əlavə edib ki, Azərbaycan sülh müqaviləsini imzalamaq üçün effektiv platforma təklif edib. Hansı ki, bu təkliflər Cənubi Qafqaz regionunun bütün xalqlarının maraqlarına cavab verir.
“Təəssüflər olsun ki, bu günə kimi bir sıra məsələlər həll olunmamış qalır. Hansı ki, bu, uzunmüddətli sülhün, Cənubi Qafqazda beynəlxalq təhlükəsizlik rejimin bərqərar olunmasını gecikdirir. Bir daha təəssüflə qeyd edirik ki, Ermənistan nümayəndələrinin bir çoxunun çıxışlarında islamafob vurğular mövcuddur. Bu qəbuledilməzdir. Nəzərə alaq ki, bu gün bu foruma, qarşılıqlı düşmənçiliyi deyil, neokolonializmlə mübarizə aparmaq yollarını müzakirə aparmaq üçün toplaşmışıq”, - deyə Milli Məclisin deputatı yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya