MŞ-nın seçkilərlə bağlı yaratdığı “qaynar xətt” fəaliyyətini başa vurub
15:40 07.02.2024
Gündəm
467
Mətbuat Şurasının 7 fevral Prezident seçkiləri ilə bağlı yaratdığı “qaynar xətt” rejimi fəaliyyətini başa vurub.
Şuradan APA-ya verilən xəbərə görə, gün ərzində səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən MŞ-nin bu rejimdə işləmiş (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələrinə cəmi bir müraciət daxil olub. Həmin müraciət üzrə müəyyənləşdirilib ki, xarici media vasitəsi ölkəmizdə akkreditasiyadan keçmədiyindən, onun seçkini işıqlandırması qeyri-mümkündür. Bununla əlaqədar müraciət müəllifi məlumatlandırılıb, ona qanunvericiliyin tələbləri izah edilib. Qeyd edək ki, “qaynar xətt” rejimi səsvermənin başlandığı 08.00-dan, başa çatdığı 19.00-dək jurnalistlərin ixtiyarında olub.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. MŞ sədri Rəşad Məcid və Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, MŞ sədrinin müavinlərindən Səadət Məmmədova 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 37 saylı məntəqəsində, Vüqar Zifəroğlu 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində, MŞ İdarə Heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində, Akif Aşırlı Yasamal Birinci Seçki Dairəsindəki 28, 29 və 30 saylı seçki məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7 saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 28, 29, 31 və 32 saylı seçki məntəqələrində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Aydın Quliyev 22 saylı Yasamal Seçki Dairəsinin 30, 31 və 35 saylı seçki məntəqələrində, Qulu Məhərrəmli həmin dairənin 5 və 6 saylı məntəqələrində, Yadigar Məmmədli 7 saylı Səbail Seçki Dairəsinin 11, 12, 13, 14 və 15 saylı məntəqələrində, Bəhruz Məmmədzadə 48 saylı Abşeron Seçki Dairəsinin müxtəlif məntəqlərində, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiklərini qeydə alıb, mövcud istiqamətdə heç bir problem aşkarlamayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol