
Mübariz Qurbanlı getdi, nə dəyişəcək?
14:39 17.02.2024
Gündəm
469
Bütün sahələrdə olduğu kimi din-dövlət münasibətlərinin inkişafı istiqamətində də mühüm addımlar atılacaq
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi barədə Sərəncam imzalayıb. Kabinetin yeni tərkibində yer almayan qurum rəhbərlərindən biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oldu. Komitəyə sədr vəzifəsinin müvəqqəti icrası birinci müavini Səyyad Salahlıya həvalə edildi. Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978-1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. 1995-2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub. 1996-2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib. 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olub və partiyanın həmsədri olub. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini olub. Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. 2014-cü ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edirdi. Mübariz Qurbanlı tarix üzrə fəlsəfə doktorudur.
İlahiyyatçı Hacı Atif İsmayılov "Sherg.az"a bildirib ki, yeni dönəmdə bütün sahələrdə olduğu kimi din-dövlət münasibətlərinin inkişafı istiqamətində də mühüm addımların atılacağına şübhəsi yoxdur. Ekspertin sözlərinə görə, dövlət başçısının uğurlu siyasəti din-dövlət münasibətlərinin tərəqqisinə xüsusi töhfələr verəcək:

"Şübhəsiz, hörmətli Mübariz Qurbanlı ömrünün qalan hissəsini yenə xalqa xidmətə həsr edəcək. Əlbəttə, onun Komitəyə rəhbərliyi dönəmində önəmli işlər görülüb. Dini Komitə öz fəaliyyəti ilə çoxsaylı problemlərin həllinə nail olub. Xüsusilə din-dövlət münasibətlərinin tənzimlənməsində, eləcə də, dini sahədə peşəkar kadrların hazırlanması prosesində mühüm nailiyyətlər əldə edilib. Komitənin gördüyü işlər haqqında təqdimat mərasimlərində, hesabatlarda bunun şahidi olmuşuq. Bu işin içində olan adam kimi Dini Komitənin fəaliyyətinin nəticələrini görürük və bilirik. Ancaq din sahəsində hər mələsəni tam şəkildə tənzimləmək üçün zamana ehtiyac var. Ümid edirəm, yeni rəhbərliyin işi sayəsində uğurlu nəticələr əldə olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil