ABŞ ilə İran arasında gərginlik yenidən artıb. ABŞ ordusu İranın cənubundakı raket mövqeləri və Hörmüz boğazı yaxınlığında mina yerləşdirməyə çalışdığı iddia edilən hədəflərə yeni hava zərbələri endirib.
Sherg.az xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) təsdiqləyib. Bildirilib ki, əməliyyatlar ABŞ qüvvələrinə qarşı potensial təhlükələrin qarşısını almaq məqsədi daşıyır.
Eyni zamanda ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uranını təhvil verməli olduğunu bildirib və əks halda daha sərt addımların atılacağını qeyd edib.
İran tərəfi isə ABŞ-a məxsus MQ-9 Reaper tipli pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. SEPAH bu addımı hava məkanının pozulmasına cavab kimi qiymətləndirib.
Tərəflər arasında davam edən diplomatik danışıqlara baxmayaraq, qarşılıqlı hərbi əməliyyatlar bölgədə vəziyyəti yenidən gərginləşdirib. Vaşinqton və Tehran arasında atəşkəsin gələcəyi isə qeyri-müəyyən olaraq qalır.