Müstəntiqlərin səlahiyyəti ilə bağlı qərar verildi
Yusif Sultanoğlu
16:23 13.11.2023
Gündəm
450
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Cinayət-Prosessual Məcəlləsinin 156.2-ci, 159.1-ci, 159.3-cü, 159.3-1-ci, 159.8-1-ci, 163.2-ci və 163.4-cü maddələrinin həmin Məcəllənin 84.5.11, 84.5.16, 151.2, 172.2, 290.5.2 və 290.5.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Baş Prokurorluq və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I və II hissələrinə və 71-ci maddəsinin X hissəsinə uyğun olaraq və Cinayət-Prosessual Məcəlləsinin 85.2.1-ci və 85.2.5-ci maddələrinin mənasına görə, müstəntiqin icraatında olan cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi və uzadılması həmin Məcəllənin 156.2-ci, 159.1-ci, 159.3-cü, 159.3-1-ci, 159.8-1-ci, 163.2-ci və 163.4-cü maddələrinin tələblərinə müvafiq olaraq müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həyata keçirilir.
Cinayət işi başlamış və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək həmin işin ibtidai istintaqını aparan prokuror Cinayət-Prosessual Məcəlləsinin 156-cı, 159-cu və 163-cü maddələrində göstərilən hallarda şübhəli və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi və uzadılması barədə təqdimatla məhkəməyə müraciət edə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm