İsrail Baş naziri Benjamin Netanyahu İranın mümkün cavab zərbələri ilə bağlı narahatlıqlar fonunda təhlükəsizlik kabinetinin iclasını sığınacaqda keçirəcək.
Sherg.az xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, qərar ölkə ordusunun günorta saatlarında Beyrutun Dəhiyə bölgəsinə endirdiyi hava zərbəsindən sonra qəbul edilib.
Bildirilir ki, iclasda İranın mümkün cavab addımları, eləcə də ABŞ ilə Tehran arasında əldə olunması gözlənilən razılaşma ətrafında yaranmış fikir ayrılıqları müzakirə ediləcək.
Xatırladaq ki, İsrail ordusunun Beyruta endirdiyi zərbə nəticəsində azı 3 nəfər həlak olub. Bundan sonra İsrail ölkə üzrə təhlükəsizlik tədbirlərini gücləndirib və əlavə məhdudiyyətlər tətbiq edib.