Nikol Paşinyan: Azərbaycanla müharibə başa çatıb

“Ermənistan xalqı iyunun 7-də keçirilən parlament seçkilərində sülhə səs verdi və onu müdafiə etdi”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Hökumət başçısı bildirib ki, Ermənistan və Azərbaycan arasında müharibə başa çatıb.

“Bu fakt Ermənistan xalqı tərəfindən seçkilərdə qanuniləşdirildi və bir daha təsdiqləndi”, - Paşinyan əlavə edib.