Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib

Nyu-Yorkda Əkiz Qüllələr 11 sentyabr qurbanlarının xatirəsinə 2977 drondan ibarət işıq şousu ilə yenidən qurulub.

Teleqraf xəbər verir ki, Nyu-York şəhərində səmada 2977 işıq saçan dron vasitəsilə Dünya Ticarət Mərkəzinin qüllələrinin eskizi yaradılıb.

Hər bir dron 11 sentyabr 2001-ci il hücumlarında öldürülən 2977 nəfərdən birini simvolizə edir. Dronlar əvvəlcə Hudson çayının üzərindəki səmada hərəkətli işıq görüntüsü yaradıb, sonra isə Əkiz Qüllələrin eskizinə uyğun düzülüblər.

Nyu-York Limanı üzərində 2977 İşıq" adlı anım tədbiri təşkilatçılar tərəfindən hücumlardan sağ çıxanlar, qurbanların qohumları və xilasetmə işlərində iştirak edən təcili yardım xidməti işçiləri ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Layihənin hazırlanmasında Nyu-York Şəhər Yanğından Mühafizə İdarəsinin keçmiş əməkdaşı və hücumlardan sonra xilasetmə işçisi Brenda Berqman, 11 sentyabr Families United təşkilatının prezidenti Terry Strada, qurbanların ailə üzvləri Tomas Strada və Stiven Siller iştirak ediblər.

Sərgi Nyu-York şəhərində keçirilən illik anım tədbirinin bir hissəsidir və bu tədbirə "İşıqda Xilaskarlıq" incəsənət instalyasiyası da daxildir. Sərgi Dünya Ticarət Mərkəzinin qüllələrini xatırlamaq üçün iki sütun şəklində düzülmüş 88 şaquli işıqdan ibarətdir.