Onlayn yolla narkotik satan şəxslər saxlanılıb
Yusif Nəzərli
12:41 05.11.2021
Gündəm
636
Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib.
Bu barədə "Sherg.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxs mağazadan içəri daxil olub kassada olan 1 400 manatı oğurlayaraq hadisə yerindən yayınıb. Həmin şəxsin mağazaya daxil olması təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq etdiyi üçün məhkum olunmuş Nicat Şavahədli saxlanılıb.
Həmin şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən
digər bir əməliyyat zamanı isə onlayn yolla narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxs saxlanılıb. Əməliyyat zamanı Füzuli rayon sakini İlham Arzuman oğlu Əliyev tutularaq istintaqa təqdim edilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda narkotik vasitə heroin aşkar edilib.
Həmin şəxs ifadəsində heroini sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.
Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
"Bu şəxslərin paytaxt ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə və ya Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial